Əlaqə Arxiv
news Image
2013.12.15
12:23
| A A A
Mandela bu gün dəfn olunacaq

Movqe.Az xəbər verir ki, Cənubi Afrika Respublikasının əfsanəvi lideri Nelson Mandela, 10 gün davam edən yasın ardınca bu gün doğma kəndi Kunuda torpağa verilir. Mandelanın rəsmi cənazə mərasimində dövlət liderləri üçün təşkil olunması adət olan  hərbi mərasimlərlə Mandelanın qəbiləsi Yapon abaThembunun mərasimləri eyni anda tətbiq olunub. 4 min 500 nəfərin qatıldığı mərasimdə, Madibanın qohumları, Cənubi Afrikalı liderləri, İngiltərə Şahzadəsi Çarlz, ABŞ qara dərililərin haqqları müdafiəçisi Vaiz Jesse Jackson və tolk şou serveri Oprah Vinfrey kimi çox fərqli bölgələrdən insanlar bir araya gəlib. Baş yepiskop Desmond Tutu da mərasimdə olub. Tutu da Mandela kimi Cənubi Afrikada Apartheid rejiminə qarşı mübarizə etmiş bir addır. Cənazə bakı vaxtıyla 13.30-da torpağa veriləcək.



Sizin Reklam Yeriniz