Əlaqə Arxiv
news Image
2013.12.16
16:46
| A A A
Google Terminator olmaq istəyir?

Google , çox səs gətirəcək bir satınalma edib. ABŞ ordusu üçün cəbhədə vəzifə yerinə yetirəcək robotlar çıxaran Boston Dynamics şirkətini satın alan Google , beləcə robot texnologiyaları mövzusundakı işlərini sürətləndirməyi planlayır. Google hazırda , sürücüsüz "robot" avtomobillər çıxarır və test məqsədiylə öz şəhərciyində bu vasitələri işlədir. Yeni satınalma sayəsində , Google-ın həm avtomobilini inkişaf etdirməsi, həm də daha yeni məhsullarla istehlakçıların qarşısına çıxması gözlənilir. Movqe.Az xəbər verir ki, Google həmçinin, son 6 ayda irili xırdalı 7 fərqli robot şirkətini də satın alıb.

Boston Dynamicsin , Wildcat robotunu inkişaf etdirmək üçün ABŞ Müdafiə Nazirliyi ilə hələ də 10.8 milyon dollarlıq bir müqaviləsi var. Bu müqavilə də Google-a keçmiş olacaq.

Sizin Reklam Yeriniz