Əlaqə Arxiv
news Image
2013.12.16
17:00
| A A A
Tualet davası ucbatından təyyarə yerə endi

Movqe.Az xəbər verir ki, sərxoş sərnişin Business -class hissəsindəki tualeti istifadə etməsinə icazə verməyən kabinet qulluqçusunu döydüyü üçün təyyarə təcili yerə enib.  Hadisə Rusiyanın Krasnoyarsk şəhərində baş verib. Moskvaya uçan təyyarədəki bir sərnişin ona business- class hissəsindəki tualeti istifadə etməyə icazə verməyən kabinet qulluqçusunu döydüyü üçün təyyarə Novosibirskə təcili eniş reallaşdırıb. Rus xəbər agentliyi Ria Novostidə verlən xəbərə görə 1968 -ci il təvəllüdlü sərnişin təyyarəyə sərxoş halda minib. Beləcə sərxoş sərnişin və uçuş işçisi arasında mübahisə yaranıb. Müzakirə , mübahisəyə çevrilib və sərnişin uçuş vəzifəlisini vurmağa başlayıb. Təyyarənin kapitanı hadisəylə bağlı ən yaxın aeroport olan Novosibirsk şəhərinə təcili eniş etmək məcburiyyətində qalıb. Döyülən kabinet işçisinin beyin sarsıntısı keçirdiyi və yumşaq toxumalarının zərər gördüyü açıqlanıb. 

Sizin Reklam Yeriniz