Əlaqə Arxiv
news Image
2013.12.16
18:15
| A A A
4.4 milyon illik at tapıldı

Movqe.Az xəbər veri ki, Efiopiyanın qalıq baxımından zəngin quraq ərazilərində araşdırma aparan elm adamları təxminən 4.4 milyon il əvvəl yaşamış bir ata aid sümüklər tapıb. Nəsli tükənən və kiçik bir zebra boyundakı at növünə aid sümüklər , Efiopiyanın Orta Avaşin vadisində kəşf edilib. Sümüklərin olduğu yer hazırda çölə çevrilsə də, Eurygnathohippus Woldegabrieli adı verilən bu at növünün yaşadığı zamanlarda , meşə və çayırlarla örtülü olub. Kəşfi aparan elm adamları Skot Simpson , tapıntılar arasında , qırmızı torpağın altında yaxşı mühafizə edilmiş və hələ də ağlığını qoruyan ön qıç sümüyünün iki ucu olduğunu açıqlayıb. Simpson və araşdırma qrupu , qıç sümüyündən əldə edilən parçaların , atın , atalarından daha uzun qıçlara sahib olduğunu göstərdiyini söyləyir. Yenə qıçın quruluşu və boyu , atın sürətli qaçdığını , bu sayədə bölgədəki yırtıcı heyvanların hücumundan qorunaraq daha uzun müddət həyatda qaldığını göstərir. Bu at növünün təxminən 16 milyon il əvvəl Şimali Amerikada ortaya çıxmış , Hipparionines familiyasına mənsub olduğu bilinir. Bu atların , Şimali Amerikadan , bir zamanlar Alyaska və Sibirin bağladığı düşünülən bir quru parçası vasitəsilə Avrasiyaya çatdığı düşünülür.


Sizin Reklam Yeriniz