Əlaqə Arxiv
news Image
2013.12.17
13:00
| A A A
Ən qədim əl sümüyü tapılıb

Kenyanın qazntı aparılan bir ərazisində yarım milyon ildən çox əvvəl yaşamış qədim insana aid işarət barmağı sümüyü  tapılıb. Bütün hallarda,  əl darağına bağlı işarə barmağı sümüyü müasir insanın sümüyündən heç də fərqlənmir. Bu haqda məqalə PNAS jurnalında yayımlanıb. Bu erkən fosilləşmiş (bərkimiş) sümük insanların alətlərdən istifadə etməyə başlamasının ən güclü sübütudur. Meybunlarda bu anatomik xüsusiyyət yoxdur. 1.42 milyon il yaşı olan qədim insanabənzər insanın sümüyü bizvari formadadır, insana aid morfoloji xüxusiyyət əl funksiyası ilə bağlıdır. Bu kəşf müasir insan əlinin 600.000 il əvvəl yaşamış insanların əliylə olan oxşarlığının əsas dəlilidir. Güman olunur ki, bu əl sümüyü Homo erectussensu latoya aiddir. Homo erectus (latınca "dik insan"), soyu tükənmiş insan növüdür və müasir insanların (Homo sapiens) atası olduğuna inanılar. Tədqiqatı aparan professor Karol Vard və onun kolleqası stiloid prosesinin əalətlərdən istifadə zamanı meymunlar və qədim insanlar üçün çətinlik yaratdığını deyib. Stoloid prosesinn zəif getməsi erkən artrit xəstəliyini də sürətləndirib. (Artrit, oynaqlarda bədən tərəfindən çıxarılan bir iltihabdır. Bu iltihab mikrobik deyil, bədən tərəfindən yaradılır. Artrit  xəstəlik deyil, 100-dən çox fərqli xəstəlik artrit ilə əlaqəlidir. Bəzi formaları çox ağır olsa da, bəziləri isə vaxtaşırı özünü göstərən yüngül şiddətə malik artritlərdir. Dirsək oynaqlarında zorlamanmayla bağlı əzələ liflərindəki yırtıq (lateral epikondilit) kimi sadə revmatik xəstəliklərdən, romatoid artrit (ra) spondiloartrit (spa) kimi bütün bədənə təsir edən ağır xəstəliklərə qədər fərqli xəstəlik qurupları bunun içində yer alır.  Professor Vard bu kəşflə insan əlinin tarixi təkamülüylə bağlı müzakirələrə son qoyulduğunu deyib. O, tapılan bu əlin ilk  müasir inana aid olmadığı, lakin ona yaxın olduğuna inandıqlarını bildirib, indiyə qədər 1.8 milyoni iı əvvələ aid inan fosili görmədiklərini qeyd edib. Sümük Katioda, Qərbi Turkana ərazisinə yaxın Achelhulian alətlərinin tapıldığı ərtazidə kəşf olunub.  Archeulian alətləri 1.6 milyon il əvvələ aid meymunların işlətdiyi daşlardır.  

Sizin Reklam Yeriniz