Əlaqə Arxiv
news Image
2013.12.18
12:16
| A A A
Əcdadımız daha vicdanlı olub? - FOTO

Fransada 13 ildir araşdırılan bir mağaradakı skelet , Neandertal insanının yaşlılara və xəstələrə qayğıyla baxdığı aydın olub. La Chapelle -aux- Saintsdakı 50 min illik məzar 1908-ci ildə kəşf edilib. Movqe.Az xəbər verir ki, skeletin onurğasındakı pozuqluqlar səbəbiylə , əvvəllər Neandertalların donqar və zəka səviyyəsi aşağı bir insan növü olmasıyla bağlı səhv inam yayılmışdı. İllərlə davam edən araşdırmalarda bu inanış yoxa çıxmışdı.ABŞ Milli Elmlər Akademiyasının yayımladığı13 il davam edən son araşdırmada başqa çaşdırıcı həqiqət də ortaya çıxıb. 30 yaşın sonunda və ya 40yaşın əvvəlində olduğuna inanılan Neandertalın basdırıldığı mağaranın döşəməsinin təbii olmadığı dəqiqləşib. Əhəng daşı və gildən diqqətlə hazırlanan məzarın, ölən şəxsin yaxınlarının hazırladığı təyin olunub.

Yeriyə bilməyən xəstə insanı daşıyan yaxınları , dişləri olmadığından ona yeməkləri belə tapdalayaraq verib. Fransız mütəxəssis Uilyam Rendu , "Bu Neandertal qrupunun digər insanlara qarşı yüksək vicdan səviyyəsi olub" deyib.

Sizin Reklam Yeriniz