Əlaqə Arxiv
news Image
2012.05.30
15:16
| A A A
İlk qitələrarası uçuşunu reallaşdırır

Movqe.Az xəbər verir ki, Günəş enerjisindən başqa bir güc istifadə etməyən prototip təyyarə "Solar Impulse", İsveçrədən Fasa gedərək, ilk qitələrarası uçuşunu edir.

Pilotların Bertrand Pikkard və Andre Borsçbergin olduğu günəş təyyarəsinin bu sınağı müvəffəqiyyətli olsa, 2014-cü ildə bir dünya turuna çıxması planlaşdırılır.

Bütün qanadları 12 min günəş hüceyrəsi ilə örtülü olan təyyarə, 60,4 metr qanad genişliyinə, 21,9 metr uzunluğa və 1600 kiloqram ağırlığa sahibdir.

Kokpitində təzyiq nizamlamasının olmasına görə, 8 min 500 metr irtifanın üzərinə çıxa bilməyən prototip təyyarənin hər biri 6 kV gücündə dörd mühərriki və mühərriklərin işləməsini təmin edən polimer lityum batareyası var.

İlk sınaq uçuşu mayın 24-də  həyata keçirilib. İsveçrənin Payerne şəhərindən qalxan və pilotu Andre Borsçbergin olan günəş təyyarəsi saatda orta hesablama ilə 17 saatda 89 km sürətlə Madridə çatıb.

İkinci sınaq uçuşunun cümə axşamı başlaması gözlənilir. Digər pilot Bertrand Pikkard 2 min 500 kilometrlik uçuş qət edəcək.

Sizin Reklam Yeriniz