Əlaqə Arxiv
news Image
2013.12.20
16:01
| A A A
Galaxy S3 istifadəçilərinə şad xəbər! - FOTO

Movqe.Az xəbər verir ki, Galaxy S3 üçün Android 4.3 yenilənməsi yenidən təqdim edilməyə başlanıb. Samsungun Galaxy S3 modelinə təqdim etdiyi Android 4.3 yenilənməsi artıq istifadəçiləri bezdirib. Əvvəl bir çox ölkədə Android 4.3 yeniləməsini S3 modeli üçün təklif edən Samsung, telefonda yeniləmədən sonra baş alan problemlər ucbatından yeniləməni geri çəkmiş, yenidən 4.1 versiyasını istifadəçilərə təqdim etmişdi. İndi isə, ABŞ və bəzi Avropa ölkələrində Android 4.3 distributivinin yenidən təqdim edilməyə başlandığı xəbəri gəlib. Bu da demək olar ki, qlobal olaraq bütün Galaxy S3-in Android 4.3-ə keçməsinə yaxındır. Ümid edirik bu dəfə hər hansı bir problem olmadan istifadəçilər yeniləmələrinə qovuşacaq. 

Sizin Reklam Yeriniz