Əlaqə Arxiv
news Image
2013.12.23
22:00
| A A A
Bu itin 9 canı var? - FOTO

Britaniyada border-kolli cinsindən olan köpək 90 metr yüksəklikdən, uçurumdan aşağı düşsə də, sağ qalıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İqqi adlı köpək Şərqi Sasseks bölgəsindəki Biçi Həd adlı yerdə qağayıları qovalayarkən vəcdə gəlib və aşağı düşməsinin fərqinə varmayıb.


İtin sahibləri  Mark Rassel və Kler Morrisin dediklərinə görə, gördükləri səhnə onlara "Tom və Cerri" multfilmini xatırladıb: "İqqinin aşağı düşməsi qorxulu, eyni zamanda inanılmaz idi. Uçurumun kənarına qaçdıq. Gördük ki, İqqi sağ-salamatdır, sahildə qaçır, oynayır".


Mütəxəssislər hesab edirlər ki, itin sağ qalmasının səbəbi onun yerə yox, suya düşməsi olub.


Morris və Rassel xilasetmə xidmətinə zəng vurandan sonra hadisə yerinə gələn volontyorlar İqqini yuxarı qaldırıblar.

İqqi 2010-cu ildən bəri Biç Həddən aşağı düşən və sağ qalan yeganə itdir.

Sizin Reklam Yeriniz