Əlaqə Arxiv
news Image
2013.12.25
16:07
| A A A
Minlərlə həyat qurtara bilər

Gündə bir alma minlərlə insanı yüksək xolesteroldan qoruya bilər. Bu iddia İngilis elm adamlarına aiddir. "British Medical" jurnalında nəşr olunan araşdırmaya görə, İngiltərədə yaşayan 50 yaşın üstündəki hər kəs gündə bir alma yeyərsə, ildə 8 min 500 ölümün qarşısı alına bilər.


İngiltərədə 5 milyon adamın xolesterol salıcı həblərdən istifadə etdiyi bildirilərkən, bir çox insan bunu ürək xəstəliyini önləmək üçün edir. Buna öncədən həyata keçirilən tədbirlər deyilir. Geri qalanlar isə bir dəfə infarkt keçirmiş və ikinciyə önləm olaraq istifadə edən insanlardır.

Statinler adı verilən xolesterol həblərinin təsirlərinin infarkt keçirmiş olanlarda yüksək olduğu düşünülür, ancaq heç infarkt keçirməmiş və önləm olaraq istifadə edənlərdə bu bir qədər mübahisəlidir.

Araşdırma aparan mütəxəssislər, gündə bir alma yemək kimi sadə həyat vərdişlərini dəyişdirmənin alternativ bir həll olduğunu düşünür. Üstəlik araşdırma İngiltərənin ən hörmətli universiteti olan Oxford Universitetindən elm adamları tərəfindən edilib.


Mütəxəssislər əvvəlcə nə qədər tərəvəz, meyvə yemənin ümumiyyətlə ürək xəstəliyi riskini azaltdığını sadə bir riyazi analiz ilə ortaya qoyublar. Bunun nəticəsində 50 yaşın üzərində xolesterol salıcı həbdən istifadə, gündə 1 alma ya da başqa bir meyvə, tərəvəz yeməyin eyni təsirə malik olduğunu müəyyən ediblər. 

Buna görə, yalnız İngiltərədə 50 yaşın üzərindəki hər kəs gündə bir alma yeyərsə, 8 min 500 adamın ürək xəstəliyindən ölüm riski düşərkən , 50 yaş üstü hər kəs xolesterol həbi istifadə etsə , 9 min 400 adamın ürək xəstəliyi riskinin azalacağı müəyyən olunub.


Sizin Reklam Yeriniz