Əlaqə Arxiv
news Image
2013.12.26
15:26
| A A A
Western Digital IDE disk istehsalını sonlandırdı

Sabit disk dünyasının bir nömrəli istehsalçısı olan Western Digital , etdiyi yeni şərhlə köhnə nəsil IDE disklərin istehsalına son verdiyini elan edib. PATA və ya ATA olaraq bilinən köhnə nəsil paralel əlaqəni əsas alan bu disklərdə, çox sayda iynə ehtiva edən geniş məlumat bağlantısı , master / slave seçimi üçün jumper və 4 -pin Molex enerji girişi yerləşirdi. Köhnə nəsil kompüter istifadə etməyə davam edənlər üçün bu əhəmiyyətli bir yeniləmədir.  

Movqe.Az xəbər verir ki, beş ildən çox müddətdir ki, əsas kartlarda və kompüterlərdə PATA əvəzinə yeni SATA əlaqəsi istifadə edilir. Bağlantı kabelləri daha incədir və jumper nizamı problemi yoxdur. Lakin yenə də hələ köhnə nəsil sistem istifadə edənlər var və bundan ötəri WD firması az da olsa IDE disk çıxarmağa davam etmişdi. 29 Dekabr 2013 ildə istehsal sona çatacaq və bəlkə də dükanlarda qalan son disklər qara bazara düşəcək.

Firmanın Caviar ardıcıllığı PATA diskləri 80 GBlıq WD800AAJB , 160 GBlıq WD1600AAJB , 250 GBlıqWD2500AAJB , 320 GBlıq WD3200AAJB , 400 GBlıq WD4000AAJB və 500 GB-lıq WD5000AAJB yolun sonuna gəlib. 

Sizin Reklam Yeriniz