Əlaqə Arxiv
news Image
2013.12.27
11:35
| A A A
Bu da 2014-ün rəngi

Movqe.az xəbər verir ki, dünya səviyyəsində bütün rəngləri özündə əks etdirən kataloq hazırlayan mütəxəssis qurum Pantone, 2014-cü ilin rəngini bənövşəyi və çəhrayı rənglərin bir araya gəlməsiylə ortaya çıxan səhləb çiçəyi (orxideya) rəngi olan "parlaq bənövşəyi" olaraq açıqlayıb.


Dünyada moda, sənət, məşhur mədəni və texnoloji yeniliklər izlənərək 2014-ün rəngi seçilən "parlaq bənövşəyi", özünə inamı artıran, sevinc verən, cazibədar və eqzotik olaraq ifadə edilir. Pantone rəsmisi Leatrice Eiseman, "2013-ün rəngi, böyümə və yenilənmənin nişanəsi olan zümrüd yaşılı idi, 2014-ün rəngi isə, diqqət çəkən, xəyal gücünü alovlandıran parlaq bənövşəyidir" deyib. Həm kişilərə, həm də qadınlara uyğun olan rəngin indidən moda dünyasında çox populyar olduğuna diqqət çəkilir.


Sizin Reklam Yeriniz