Əlaqə Arxiv
news Image
2012.05.31
16:07
| A A A
3 yaşlı uşaq təyyarədən uzaqlaşdrıldı

Movqe.Az bildirir ki, ABŞ-ın Sietl şəhərində kəmərini bağlamağı tələbini yerinə yetirməyən 3 yaşlı oğlan təyyarədən endirilib.

Alaska Hava yollarının pilotu, "Sea-Tac" hava limanında 3 yaşlı uşağın təyyarə qalxmadan əvvəl  kəmərini bağlamamasına görə, təyyarəni qapıya  istiqamətləndirərək uşaqdan və atasından enmələrini tələb edib.

Hava yolu şirkəti, hadisənin bir təhlükəsizlik məsələsi olduğunu və pilotun bu  məsələ ilə havada deyil yerdə olan zaman  maraqlanmağa üstünlük verdiyini açıqlayıb.

Uşağın atası Mark Yança, "KIRO-FM"ə verdiyi müsahibədə, heyətin həddindən artıq reaksiya verdiyini bildirib.

Sizin Reklam Yeriniz