"Miss Azerbaijan" model
yarışmasının iştırkçısı Xanım Manafzadə Türkiyənin ən çox baxılan
"Möhtəşəm Yüzyıl" serialına çəkilib. Bu barədə Movqe.Az xəbər
portalına model özü məlumat verib. X.Manafzadə bildirib ki, hamının
maraqla izlədiyi "Möhtəşəm Yüzyıl" serialına təklif Türkiyədən
Bakıya qayıtdıqdan sonra gəlmişdi: "Türkiyədə yaşayıb, çalışdığım
zaman bir çox layihələrə təklif gəlmişdi. Amma Bakıya qayıtdıqdan
sonra "Möhtəşəm Yüzyıl" serialına təklif gəldi. Təklifi qəbul edib,
Türkiyəyə serialda çəkilmək üçün getdim. Serialda Xədicə sultanın
rəfiqəsini canlandırmışam," – X.Manafazdə dedi.
Onu da qeyd edək ki, X.Manafzadə bu günlərdə tədbirlərin birində məhz Movqe.Az üçün müxtəlif rakurslarda şəkil çəkdirdi. O, fotosessiyada rəfiqəsi ilə iştirak etdi.
"Həmin qız mənim rəfiqəmdir. Tədbirlərin birinə dəvət almışdım. Həmin tədbirə tək getmək istəmədiyim üçün rəfiqəm ilə gəldim", - model dedi.
Fuad Mədətov
.jpg)