Əlaqə Arxiv
news Image
2013.12.29
12:07
| A A A
3D çap maşınından şokoladlı portretlər - FOTO

İngiltərədə yerləşən Choc Edge adlı bir şirkət, müştərilərinə qeyri adi bir hədiyyə xidməti təqdim etməyə başlayıb. Dünyanın ilk 3 D şokolad maşınını istehsal edən şirkət, tamamilə şokoladdan hazırlanan portretlər satır. Üstəlik portretlər müştərinin istədiyi şəxs olur. Müştəri şirkətin internet saytına portretini istədiyi şəxsin fotoşəkilini göndərir. Daha sonra isə 3 ölçülü maşından şokolad ilə hazırlanan portret ünvana çatdırılır. Movqe.Az xəbər verir ki, müştərilər şokolad seçimi belə edə bilir. Portretlər 50-80 sterlinq arasında dəyişən qiymətlərə satılır

Sizin Reklam Yeriniz