Qəbələdə İstirahət Kompleksinin açılışı olub
Yanvarın 3-də Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış
İstirahət Kompleksinin birinci mərhələsinin açılışı
olub.
ANS PRESS-in verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Son illər iqtisadi inkişaf templərinə görə dünyada ön sırada olan Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir. İqtisadiyyatımızın neft amilindən asılılığının azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı indi bir çox sahələrin tərəqqisi ilə müşayiət olunur. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas sahələrindən biri elan etmişdir və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Qəbələdəki "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi bu sırada mühüm yer tutur. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Paytaxt ilə yanaşı, indi bu prosesə regionlar da cəlb olunmuşdur və bölgələrimizdə irimiqyaslı turizm layihələri icra edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, son bir neçə ildə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlmiş, ölkədə çoxsaylı beşulduzlu otellər istifadəyə verilmişdir. 2011-ci il Azərbaycanda "Turizm ili" elan edilmişdir. Son iki ildə inşası sürətlə davam edən "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi də ölkəmizdə turizmin yeni istiqamətinin meydana çıxması baxımından xüsusi əhəmiyyətə malikdir. Dövlətimizin başçısı respublikanın bütün regionlarına olduğu kimi, Qəbələyə etdiyi mütəmadi səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Layihə çərçivəsində indiyədək "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Xizək kompleksinə yaxın ərazidə "Qolf resort" idman və istirahət mərkəzinin tikintisi də nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsdi.
Qeyd edildi ki, kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xətti tam inşa olunmuş, on xizək yolundan beşində inşaat işləri başa çatmışdır. Digər işlər isə mərhələli şəkildə həyata keçirilir. Bu qış mövsümündə kanat xətlərində gəzinti, xizəklə sürüşmək və iaşə obyektlərinin xidmətlərindən istifadə etmək mümkün olacaqdır. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.
Prezident İlham Əliyevə kompleksin yönləndirici planı və ikinci mərhələ çərçivəsində görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilmişdir. Bütünlükdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir.
Bu layihənin reallaşdırılması respublikada dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün də hərtərəfli imkanlar açır. Bu, gələcəkdə qış idman növlərində milli idmançılarımızın yetişməsində əvəzsiz rol oynayacaq.
Azərbaycan isti iqlim qurşağında yerləşməsinə baxmayaraq, nadir ölkələrdəndir ki, ən yüksək dünya standartlarına cavab verən nəhəng qış turizm infrastrukturları və kompleksləri yaradır. Bu da təbii ki, ölkəmizin hərtərəfli sürətli iqtisadi tərəqqisinin, turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin təzahürüdür.
Həm Qusar rayonundakı "Şahdağ" Qış-Yay Turizm, həm də Qəbələdəki "Tufan" Dağ-Xizək Qış-Yay İstirahət komplekslərində görülən işlər Azərbaycanın turizmin inkişafı sahəsində əldə etdiyi uğurların miqyasını göstərir. Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində Qəbələdə bir neçə il əvvəl turizmin inkişafı ilə bağlı görülən işlər, bu çərçivədə onlarla otelin tikilməsi də indi bu prosesə mühüm töhfə verir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin "Riverside" kanat xəttinin aşağı stansiyasında oldular. Bu stansiyanı kompleksin girişi də adlandırmaq olar. Burada turistlərin istirahəti üçün hər cür şərait yaradılmış, xizəklərin satışı və kirayəsi xidmətlərini göstərən ayrıca bölmə qurulmuşdur. Bundan əlavə, ərazidə idman malları mağazası və kafe də fəaliyyət göstərir.
Yaradılan şərait bir daha təsdiqləyir ki, artıq turistlər ilin bütün fəsillərində Qəbələyə qonaq gələcəklər. Yay mövsümündə minlərlə qonağı qarşılayan Qəbələ bundan sonra qışda da turistlərin maraq göstərdiyi əsas məkanlardan birinə çevriləcək. Artıq "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi ölkəmizin turizm brendi kimi çıxış etməyə başlayıb.