Əlaqə Arxiv
news Image
2014.01.09
15:50
| A A A
Dünyanın ən yaxşı pəhrizləri

ABŞ-ın məşhur  jurnallarından "US News and World Report" 2014-cü ilin ən yaxşı pəhrizini açıqlayıb. Movqe.Az xəbər verir ki, qidalanma mütəxəssislərindən ibarət münsiflər heyəti , 32 məşhur pəhrizi qiymətləndirib. Siyahının ilk sırasında yüksək təzyiqlə mübarizə diyeti –tam adıyla DASH diyeti yerləşir. Dörd ildir siyahıdakı birinciliyini qoruyan DASH pəhrizi ABŞ Sağlamlıq Nazirliyinə bağlı Milli Sağlamlıq İnstitutu tərəfindən inkişaf etdirilib. Bu pəhriz , digərlərindən fərqli olaraq, yemə- içməyi kəsmək və ya yalnız müəyyən qidaların istehlakını tövsiyə etmək yerinə gündəlik natrium qəbulunu məhdudlaşdırmağı məqsəd qoyur. "DASH"in qidalanma planında , gündə 3 ədəd tam taxıllı qida istehlakı , 4-6 boşqab tərəvəz , 4-6 boşqab meyvə , 2-4 boşqab süd məhsulları və bir neçə boşqab ağ və qırmızı ət , fındıq , qoz və paxlalıların istehlakı mövcuddur.

Bu pəhrizi qiymətləndirən mütəxəssislərə görə , DASH-ın mənfi cəhətləri , davam etdirilməsinin fərdlər üçün çox çətin olması və yüksək xərcli olmasıdır . Yüksək təzyiq şikayəti olanlar üçün inkişaf etdirilən pəhriz , xolesterolu və ürək xəstəlikləri , böyrək daşı və diabet riskini salmağa təsirlidir .

Siyahının ikinci əsnasında isə yenə Milli Sağlamlıq İnstitutunun inkişaf etdirdiyi Terapatik Həyat Şəkli diyeti var. Qısaca TLC olaraq bilinən bu pəhrizin əsas nöqtəsi isə doymuş yağ istehlakını kəsməkdir . Bu diyetdə , gündəlik xolesterol qəbulu məhdudlaşdırılır və lifli yeməklər daha çox istehlak olunur.

Siyahının üçüncü sırasını , Mayo Clinic pəhrizi , Aralıq dənizi diyeti və "Weight Watchers" diyeti tutur.

Pəhriz siyahısının ən aşağı sırasını , Daş Dövrü pəhrizi və Dukan pəhrizi var. Daş Dövründə yaşayan insanların qidalanma vərdişlərinə bənzər bir qidalanma tövsiyə edən pəhriz , xüsusilə ötən il məşhur idi.

 

Heyvani zülalın bol miqdarda alınması və şəkər , taxıl , paxlalılar və süd məhsullarından qaçınılmasını məsləhət verən pəhrizin faydası , elmi cəhətdən hələ sübut edilməyib. Dukan pəhrizi də , yüksək zülal və aşağı karbohidrat qəbulunu təklif edən bir qidalanma planı təqdim edir.

 

Sizin Reklam Yeriniz