Günəşdə meydana gələn partlayışlardan sonra nəhəng alovların , Yerin maqnetik sahəsinə təsir edərək elektronik ünsiyyət cihazları və hətta uçuşlara təsir edəcəyi deyilib. Günəşin xarici qabığında , nüvə infilaklar səbəbiylə meydana gələn və kosmosa böyük kütlədə plazma atmasına səbəb olan Günəş qasırğasının , bu gün dünyanın maqnetik sahəsinə təsir etməsi gözlənilir.
Movqe.Az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer İdarəsi kosmos hava mütəxəssisi Coe Kunçes etdiyi şərhdə , "Günəş fırtınasından əvvəl bunun əlamətlərini görürük. Lakin maqnetik qasırğa hələ başlamayıb. Hava proqnozu mütəxəssisləri üçün gərgin saatlardır " ifadəsini işlədib.
Mütəxəssislər , elmi olaraq "Tackürə Kütlə atışı" adı verilən hadisənin , Yerə doğru böyük bir radiasiya dalğasına göndərdiyini bildirərək , "Günəşin maqnetik sahələrindəki dalğalanmalar , səthdə çox geniş bir hissənin sürətlə genişlənməsinə səbəb olur. Bu vaxt kosmosa milyardlarla ton hissəciki tullanır və bu da , kosmosun dərinliklərində milyardlarla kilometrlik bir maqnetik şok dalğası meydana gətirir. Əgər dünyaYer bu şok dalğasının yolunda yerləşirsə , planetimizin maqnetik sahəsi də bu kosmos hadisəsindən təsirlənəcək "deyib.
Səlahiyyətlilər , Beynəlxalq Kosmos Stansiyasındakı astronavtların təhlükədə olmadığını söyləyib.
Kunches , maqnetik sahənin qütblərdəki təsirinin yüksək olacağını deyərək , qütb işıqlarının cənuba doğru genişlənməsinə səbəb olacağını söyləyib.