Əlaqə Arxiv
news Image
2014.01.10
15:51
| A A A
İdeal üz ölçüləri hesablanıb

Movqe.az xəbər verir ki, alimlər ən gözəl qadın sifətinin ölçülərini hesablayıblar.Onlar deyirlər ki, burada əsas məsələ gözlər, ağız və qulaqlar arasındakı məsafədir. Nəticələri bir yerə toplayandan sonra kanadalı müğənni Shania Twainin ən gözəl sifətə malik olduğu müəyyən edilib.

Araşdırma işini Toronto Universitetinin alimləri aparıblar. Nəticələr isə Vision Research dərgisində açıqlanıb.

Tədqiqatçılar tələbələrdən eyni qadının sifəti təsvir edilən və yan-yana düzülmüş şəkilləri cəlbediciliyə görə müəyyən etməyi xahiş ediblər. Onlar photoshopdan istifadə edərək gözlərlə ağız arasındakı vertikal məsafəni, eləcə də hər şəkildə gözlər arasındakı horizontal məsafəyə dəyişiklik ediblər.


Angelina Jolie heç yaxın gəlmir...

Cizgilər dəyişdirilmədən sadəcə olaraq onlar arasındakı məsafələrə dəyişiklik edilib. Və qadının sifəti yalnız özününkü ilə müqayisə edilib.

Silsilə sınaqlardan sonra tədqiqatçılar cizgilər arasında ən ideal uzunluq və en ölçülərini müəyyən ediblər.

Uzunluğa gəldikdə qadının gözləri ilə ağzı arasındakı məsafə onun üzünün uzunluğunun, yəni alında saçın bitdiyi yerdən çənəyə kimi üçdə biri qədər olmalıdır.

Enə gəldikdə isə onlar hesablayıblar ki, qadının gözləri arasındakı məsafə onun qulaqları arasındakı məsafənin 46%-dən aşağısını təşkil etməlidir.


Normal sifət

Yaxşı xəbər isə bundan ibarətdir ki, tədqiqatçılar hesablayıblar ki, bu ölçülər normal sifətlə üst-üstə düşür.

Alimlərin fikrincə, "nöqsansız sifət" ölçüləri olmayan qadınlar plastik əməliyyat kimi aşırı tədbirlərə əl atmamalıdırlar. Onlara görə, buna saç ustasının optik ilyuziya efektini yaratması ilə nail olmaq olar.


Elizabeth Hurley -lap yaxındır!

Aparıcı alim professor Kang Lee deyib ki, Angelina Jolienin sifəti nə uzunluq, nə də eninə görə, nöqsansız sifət ölçülərinə uyğun gəlmir.

Britaniyalı aktrisa Elizabeth Hurley uzunluğa görə qızıl medal alsa da, en ölçülərində buna nail ola bilməyib.

Onların hər ikisi 44 yaşlı müğənni Shania Twainə uduzub. Nəticələr onun nöqsansız və ideal geometrik ölçülərə malik olduğunu göstərib.

Buna baxmayaraq, araşdırma işi yalnız ağdərili qadınlar üzərində aparılıb və alimlər etiraf ediblər ki, onların aşkar etdikləri başqa qrup qadınlara şamil edilə bilməz.

Professor David Perett deyib ki, sifətin fiziki ölçüləri insanın səhhəti və uşaq dünyaya gətirmək qabiliyyəti haqqında çoxlu suallara cavab tapmağa yardım edə bilər. O bildirib ki, kişilər sifətləri cavan və cəlbedici olan qadınlara daha çox maraq göstəririlər. Yəqin buna görə ki, bu, həmin qadınların uşaq dünayaya gətirmək qabiliyyətlərinin yüksək olduğunu təklif edə bilər. Amma o əlavə edib ki, cizgilər arasındakı məsafə cizgilərin özündən daha az əhəmiyyətlidir. Məsələn, kişilərin daha iri gözləri olan qadınlara onların gözləri arasındakı məsafə ideal olmasa da, marağı yüksək ola bilər.

Sizin Reklam Yeriniz