Əlaqə Arxiv
news Image
2014.01.11
16:52
| A A A
"Google+"dan istifadəçilərinə daha bir asanlıq

Ən məşhur axtarış mühərriki olan Google istifadəçilərinə daha bir yenilik təqdim edir.Movqe.Az xəbər verir ki, Google sosial şəbəkəsinə elə bir xüsusiyyət əlavə etdi ki google + istifadəçiləri Gmail-in yeni xüsusiyyəti olan , Gmail-dəki axtarış qutusuna hər hansı bir Google+ istifadəçisinin adını yazaraq e- poçt göndərə biləcək.

İnkişaf edən texnologiya hər sektorda tətbiq olunur. Artıq texnologiya ilə istifadəçilərin həyatları daha da asanlaşır. Təbii ki, bu asanlıqların əks-təsirləri də var, ancaq rahatlıq həmişə ən ilk planda olduğundan istifadəçilər bu əks-təsirləri düşünmür. Artıq çox işimizi oturduğumuz yerdən, hətta internet ola bilən hər yerdə həll edə bilirik . Eləki internet mobil telefonlarına da daxil oldu, daha da işlərimiz asandlaşdı.

Bu gün , Gmail blogunda Google tərəfindən açıqlanan bu yeni xüsusiyyətin yaratdığı təhlükə isə Google+ istifadəçilərinin defolt variant olaraq digər Google+ istifadəçilərindən e- məktub ala bilməsidir.

 

Növbəti günlərdə xidmət dövrəyə girəndə Gmaildə "Google+ ilə e- məktubla göndər" adlı yeni bir variant ortaya çıxacaq. Əgər Google+ üzərindəki hər kəsin sizə e-məktub göndərə bilməsini istəmirsinizsə nizamlarınızı dəyişdirərək Google+ vasitəsilə kimlərin sizə e- mesaj göndərə bilməsini təyin etmək lazımdır. İstəsəniz e- poçt ünvanınızı hər kəsdən gizləməniz də mümkündür .

Sizin Reklam Yeriniz