Əlaqə Arxiv
news Image
2014.01.12
15:58
| A A A
Oyuncaq avtomobillə yol getdi, cərimələndi

Movqe.Az xəbər verir ki, bardan çıxaraq oyuncaq avtomobillə evinə gedərkən polisin dayandırdığı şəxs alkoqol testindən keçə bilmədiyi üçün sürücülük vəsiqəsi bir illiyinə əlindən alınıb. 


Bir yardım kampaniyasına diqqət çəkmək üçün elektrikli mühərriki olan oyuncaq avtomobillə bardan çıxıb evinə gedən Rio Beardmore polis tərəfindən dayandırılanda çaş-baş qalıb. Testdə 0.92 promil spirtli çıxan və ölkədə qanuni limit olan 0.35 -i aşan Beardmoreyə 500 sterlinq pul cəzası kəsilib. Həmçinin sürücülük vəsiqəsinə 1 illik müddətlə əl qoyulub. Cərimələndiyini əvvəl zarafat sandığını söyləyən Beardmore "Bu vasitənin maksimum sürəti saatda 10 kilometrdir. Cəriməyə inana bilmədim" deyib. Spirtli sürücülük cəzası tətbiqini polislər, üzərində mühərrik olan hər cür minik vasitənin yol qaydaları çərçivəsində qiymətləndiriləcəyinə dair müdiriyyətə əsaslandırır.

Sizin Reklam Yeriniz