Əlaqə Arxiv
news Image
2014.01.14
12:11
| A A A
Birinci xanımlara xəyanət edən Prezidentlər

Movqe.Az adı xəyanətdə hallanan Prezidentlərlə bağlı araşdırma aparıb. Həmin araşdırmanı sizə təqdim edirik:

 ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin həyat yoldaşı Jaklin Kennediyə xəyanət etdiyi iddia edilir. Xanım Kennedinin sui-qəsdən sonrakı səs qeydləri ortaya çıxmışdı. Xanım Kennedi səs qeydlərini ölümündən 50 il sonra yayılmasını istəyib. Məhz 50 il sonar qızı Karolin tərəfindən mediaya həmin qeydlər verilib. Qeydlərdə xanim Kennedinin ərinin xəyanətindən xəbərdar olduğu, hətta gənc qızın alt geyimini yataqda tapdığını deyir. Özünün də məsum olmadığını söyləyən xanıç Kennedi, ərini Hollivud uduzu Uilliyam Holden və "Fiat"ın direktoru Gianni Agnelliylə aldatdığını etiraf edib.

2010-cu ildə ABŞ-ın hazırki Prezidenti Barak Obamanın da həyat yoldaşı Mişel Obamanı aldatdığı deyilmişdi. National Enquirer jurnalının atdığı iddiaya görə Amerika prezidenti Barak Obama , 2004 senat seçkiləri kampaniyası əsnasında Vera Baker adlı bir qadınla eşq yaşayıb. Jurnal , 35 yaşında olan Baker və Obama arasındakı əlaqəni ortaya çıxarmaq üçün Obama əleyhdarlarının şahidlərinə 1 milyon dollar pul vəd etdiyini , Veranı otelə gətirən sürücünün də sonda danışdığını bildirmişdi.

Rusiya Prezidenti Vladimir Putin haqqında da xəbərlər yazılmışdı. 2011-ci ildə Putinin KGB agenti olduğu vaxtda həyat yoldaşını döydüyü və hətta bir neçə dəfə də aldatdığı iddia edilmişdi. Bu haqda xəbər Alman qəzeti "Zeitung" vermişdi. 2013-cü ildə isə Putin haqqında başqa iddialar da ortaya atılmışdı. Rusiya prezidentinin şəxsi həyatının dövlət sirri kimi qorunmasına baxmayaraq, xarici mətbuat onun sevgililərini axtarmaqdan çəkinmir. Gizli mənbələrə görə, Putinin üç sevgilisi var.


1. Alina Kabayeva - Rusiyali idmançı. 2009-cu ilin xəbərinə görə, Alinanın Putindən hətta oğlu var. Hətta şaiyələrə görə Alina Medvedyevin xatirəsinə oğlunun adını Dmitri qoyub. Lakin 2013-cü ilin xəbərinə görə, Alina Putinə qız doğub. Putin Alinanı iki uşağı ilə birlikdə Soçidəki sarayında yerləşdirib.

2. Yana Lapikova - Rusiyada aktivist gənc. 2008-ci ildə keçirilmiş "Miss Moskva" müsabiqəsinin qalibi. Deyilənə görə, Yana ilə Putin arasındakı məhəbbət macərası o qədər çox sürməyib. Putin sonradan bu gözəlçəni öz şəxsi fotoqrafı edib. Başqa bir şaiyəyə görə isə Putin Yananı həm xəbərçi kimi yanında saxlayır, həm də Alina ilə olan münasibətlərini gizlətmək üçün istifadə edir.

3. Anna Çapman - ictimai xadim, ABŞ-da fəaliyyət göstərən gizli casus. Lakin bir sıra jurnalistlər iddia edirlər ki, Çapmanın casus olması inandırıcı deyil. Britaniya jurnalistləri isə onun Putinin sevgilisi olduğunu iddia edirlər.

Gürcüstanın keçmiş prezidenti Saakaşvili barədə "Gürcüstan və dünya" informasiya agentliyi 2011-ci ildə "Pop - diva " başlığı altında məqalə dərc etmişdi. Məqalədə Ukrayna müğənnisi və aparıcısı Ivanna Melay Saakaşvili ilə olan əlaqəsindən və bunun dövlət büdcəsinə 500 min lari hesabına başa gəldiyi qeyd edilib. Müəllif bildirir ki , Melay artıq bir ildir ki , Gürcüstanda yaşayır və Vətəni Ukraynaya qayıtmaq niyyətindədir deyil: " Yəqin ki , bu gün Saakaşvilinin onu maliyyələşdirdiyi o böyük məbləğdə pulu alana qədər burada yaşayacaq " . Ivanna " gürcü qonaqpərvərliyi " ilə ilk dəfə Yenilənmişdir Mestiya kurortunun təntənəli açılış mərasimində tanış olduğu yazılıb : " oxudu , oynadı və Gürcüstan prezidenti ilə tanış oldu. Bundan sonra musiqi karyerasını , Ukraynanın məşhur telekanalındakı müəllif verilişini buraxdı və Tiflisdə yaşamağa qərar verdi. Bu rəsmi informasiyanı Ivanna özü də təsdiqləyib " .

Son olaraq, Fransa Przidenti Hollandenin həyat yoldaşını aktrisayla aldatdığı deyilib. Bu haqda "Closer" jurnalı ilk dəfə yazıb.  "Prezidentinin gizli eşqi" deyə başlıq atan jurnal , Hollandenin tez-tez motosikletinə minib gecəni 41 yaşındakı sevgilisiylə keçirdiyini yazıb. Hətta iddiaya görə , Hollande yeni il axşamını da onunla birlikdə keçirmişdi. Movqe.az xəbər verir ki, jurnal , prezidentinin təhlükəsizliyini təmin edən, sirrini saxlayan yeganə mühafizəçisinin , sevgilisinə ənənəvi Fransız şirnisi olan kurasan apardığı görüntülərinin  fotoşəkillərini yayımlayıb. Fotoşəkildə kaskatlı şəxsin Hollande olduğu , yanındakının isə seçki kampaniyasından bu yana ona yoldaşlıq edən ən güvəndiyi mühafizəçisi Mişel  olduğu deyilib.

Jurnalın yayımlanması Fransada qalmaqal yaratsa da prezident cavab verməkdə gecikməyib. Bunun şəxsi həyatına bir hücum olduğunu söyləyən Hollande , qanuni haqqlarını istifadə etdiyini bildirib. 

 59 yaşında olan Fransa prezidentinin 2007-ci ildə prezident seçkilərində Nikola Sarkoziyə qarşı məğlub olan Segolene Royaldan dörd uşağı var. 1978-ci ildə birlikdə olmağa başlayan cütlük , seçki nəticələri açıqlandığı vaxt , 17 İyun 2011-ci ildə  rəsmi olaraq ayrıldıqlarını bildirmişdilər.

Sizin Reklam Yeriniz