Əlaqə Arxiv
news Image
2014.01.15
13:27
| A A A
İşlənmiş telefon alarkən bunları mütləq bilməlisiniz!

Telefonunuzu dəyişdirməyin vaxtı gəldiyini düşünürsünüz, lakin yeni bir smartfona verməyə çox pulunuz yoxdur? Uzun müddətli kreditlərdən də bezmisiniz? Onda ən yaxşı variant, işlənmiş telefon almaqdır. Lakin istifadə edilmiş telefon satın alarkən diqqət yetirməniz lazım olan bir neçə məqam var. Movqe.Az bu məqamları sizə təqdim edir:

İşlənmiş telefonu alarkən ilk baxacağınız şeyin onun görünüşünü yaxından araşdırmaq olduğunu bilirik. Amma yalnız cızıqları və arxa qapağının tərpənib-tərpənməməsinə baxmaqla kifayətlənməyin.

Telefonun içinə hər hansı bir maye düşübsə , bu onun yavaş-yavaş pozulmasına səbəb ola bilər.

Arxa qapağı açın və batareya etiketinin rənginin qaçıb-qaçmadığına baxın.

Batareyanın dəyişdirilmiş olma ehtimalına qarşı, digər etiketlərin də rənginin atıb atmadığına baxın.

Metal hissələrdəki rənglərin dəyişmiş olması , sudan ziyan dəyməsinə bir işarəsidir.

Cızıqlara baxarkən cihazın açıq olmasına diqqət yetirin.

Kamera linzasının cızıq olub-olmamasına da baxın.

Nəticə olaraq əzik və cızıqları çox olan bir telefonun daxili komponentləri də etibarlı olmaya bilər.

Ehtiyacınızı qarşılayacaq texniki xüsusiyyətlərə malik bir telefon satın alın.

İnternetdə gəzmək və video izləmək üçün çox vaxtınız gedirsə, geniş ekranlı bir telefon seçim edə bilərsiniz.

Kameranın texniki xüsusiyyətlərini araşdırın. Videolu axtarışlar edəcəksinizsə ön kameranın olub-olmadığına baxın.

Oğurlanmış bir telefonu satın almadığınızdan əmin olun. Yeni aldığınız telefondan sonra polislərin gəlib qapınızı çalması çətin bir vəziyyət ola bilər. Minlərlə telefon , müxtəlif ölkələrə paylanaraq xəbərsiz istehlakçılara satılır.

Satıcıdan telefonun IMEI kodunu (və ya vəziyyətə görə ESN və ya MEID kodlarını ) soruşun və internetdəki müxtəlif mənbələrdən telefonun oğurlanmış olub-olmadığını araşdırın.

Sizin Reklam Yeriniz