Əlaqə Arxiv
news Image
2014.01.16
16:50
| A A A
Yahoo-da böyük sarsıntı

Dünyanın məşhur axtarış mühərriklərindən Yahoo-un direktoru Henrik de Kastro vəzifəsindən alınıb.

Yahoonun yeni CEO-su Marissa Mayerin şirkətin başına keçməsiylə  Mayerin ilk radikal qərarlarından biri, o günlər Googleda çalışan Kastronu Yahoo tərkibinə almaq olub. Kastroyla 62 milyon dollara 4 illik müqavilə imzalayan Yahoonun aradan keçən 1,5 ildən sonra Kastronun işinə son vermə qərarı isə texnologiya dünyasına bomba kimi düşüb.

"Adweek"in hesabatına görə bir müddətdir Mayerdan reklam gəlirlərini artırması istiqamətində təzyiq görən Kastro və Mayerin arası gündən günə pisləşib və istənən reklam gəliri təmin edilə bilmədikdə Mayer Kastro Yahoodan ayrılmağa qərar verib.


Mayer , mövzuyla əlaqədar etdiyi şərhdə şirkətin COO-su olan Kastronun ayrılması lazım olduğuna qərar vermənin onlar üçün çox da asan bir qərar olmadığını , lakin Yahoo-dan başqa  daha yaxşı işlərə imza ata biləcəyinə inandığını qeyd edib.

Sizin Reklam Yeriniz