Əlaqə Arxiv
news Image
2014.01.21
14:33
| A A A
IPhone 6 belə olacaq!

"Apple"in bu il tanıdacağı yeni iPhone necə olacaq? Bu günə qədər iPhone 6 haqqında nələr öyrəndik ? Movqe.Az Apple-ın yeni telefonu haqda olan ilkin təxminləri sizə xəbər verir. Phone 6-ın  yeni bir dizaynla satışa təqdim edilməsi gözlənilir. Lakin cihazın dizaynı mövzusunda da bir-birindən təəccüblü iddialar var. Samsung ilə başlayan geniş ekranlı ağıllı telefon dövrü istifadəçilərdən böyük maraq gördüyündən, Apple-ın da bu axından geri qalmayaraq iPhone 6-da daha geniş ekran istifadə edəcəyi düşünülür.

İddialara görə Apple 4.7 , 5.5 və ya 6 düym genişliyində bir iPhone ortaya çıxara bilər.

Ancaq Applenin iPhone 6 ilə birlikdə ekran genişliyini artırsa belə, HTC ​​5.9 düym ekranlı HTC One Max qədər geniş bir ekran daşıma ehtimalının aşağı olduğunu və iPhonenin 5 düymlük bir ekrana sahib olma ehtimalının çox yüksək olduğunu söyləyə bilərik.

Yeni iPhone daha incə bir dizayna sahib olacaq. 

Mövcud iPhone 7.6 mm qalınlığına sahib olduğundan , yeni iPhoneda bu rəqəmin 6 millimetrə qədər düşəcəyi təxmin edilir.

Apple iPhone 5Sdə istifadə edilən 8 megapiksel daxili kamera iPhone 6da da  olacaq ; lakin yeni kamerada optik imic stabilizasyon sistemi də yerləşəcək və bu sayədə fotoşəkillər daha keyfiyyətli olacaq.


Apple hər il telefonlarında istifadə etdiyi prosessoru inkişaf etdirir və sürətləndirir. Mövcud iPhonelarda istifadə olunan A7 prosessorundan sonra, yeni iPhone A8 adlı yeni bir prosessoru gözləyə bilərik.

iPhoneların ən böyük problemi heç şübhəsiz qısa müddətdə bitən batareya ömürləridir. Yeni iPhone daha geniş bir ekrana sahib olacağından, daha geniş bir batareyanın istifadə ediləcəyi mənasını verir.

Sizin Reklam Yeriniz