Əlaqə Arxiv
news Image
2014.01.22
14:09
| A A A
Facebookda bikinili qızların linkindən ehtiyyatlı olun!

Facebook istifadəçilərini öz linklərinə toxunduraraq virus kimi bütün profillərə bulaşan bikinili qadınlar yenidən ortaya çıxıb. İllər əvvəl ortaya çıxan və bir çox istifadəçinin marağını sui-istifadə edərək profil məlumatlarını oğurlayan "spam"  uzun müddət sonra geri qayıdıb. İstifadəçiləri yenə eyni üsulla aldadan linkə daxil olan istifadəçilər əlbəttə bikinili qadının nə geydiyini öyrənə bilmir və ya əlaqədar bir ünvanına yönəldilmir.

Movqe.Az xəbər verir ki, Linkə girənlər hər hansı bir məzmunla qarşılaşmır, əksinə, Facebook hesablarına virus bulaşdırmış olur. Bu mərhələdən sonra sizin xəbəriniz olmadan profil səhifənizdən bu link bütün yoldaş siyahınızla paylaşılır və bu şəkildə sürətlə yayılma imkanı tapır. 

Siz də bu və ya oxşar məzmunları görsəniz heç bir şəkildə daxil olmayın; başqa icazəniz və məlumatınız olmadan profilinizdə heç də xoş olmayan məzmunlar yoldaşlarınıza göndərilə bilər. 

Sizin Reklam Yeriniz