Əlaqə Arxiv
news Image
2014.01.23
12:38
| A A A
Google Chrome istifadəçiləri, ehtiyyatlı olun,səsiniz dinlənilir!

Google-ın məşhur web brauzeri Chromeda meydana çıxan problem zəif nöqtəsi ucbatından istifadəçilərin səsləri Chrome tərəfindən qeydə alınır və istifadəçilərin məlumatı  üçüncü kəslərin əlinə keçir. Movqe.Az xəbər verir ki, "Gizmodo"un xəbərinə görə proqram təminatı inkişaf etdiricisi olan Tal Ater "Chrome"un çox təhlükəli zəif nöqtəsini  tapıb. Zərərli saytların istifadəçilərinin mikrofonlarını Chromadakı zəif nöqtə səbəbiylə aktiv edə bildiyinə diqqət çəkən Ater , bu sayədə siz bu zərərli saytı Chrome vasutəsilə bağlasanız belə səs qeydiyyatınızın hələ də saxlanıldığını və şəxsiyyəti naməlum olan kəslərə bu qeydlərin göndərilə biləcəyini deyib.

 Məsələn istifadəçi səsli əmrlərlə çalışan bir sayta daxil olanda bu saytdakı əməliyyatları hər hansı bir siçan istifadəsi olmadan səsli əmrlərlə həll edə bilir , lakin siz səhifəni bağlasanız belə bağladığınız o səhifə sizi dinləməyə davam edir. Google Chromedakı zəif nöqtə də elə burda özünü göstərir.

 Başqa sözlə, Google sözügedən zəif nöqtəni bağlamadığı təqdirdə mikrofonu açıq olan istifadəçilərin səs qeydlərinin üçüncü şəxslər tərəfindən, həm də kompüter istifadə edilmədiyi anlarda belə dinlənilməsi mümkündür

Sizin Reklam Yeriniz