Fransız həftəlik satira qəzeti "Charlie Hebdo" , prezident Fransua Hollandenin adının qarışdığı eşq qalmaqalına öz fərqli fikrini bildirib.
Movqe.Az xəbər verir ki, qəzetin bu həftəki üz qapağında , Hollande tərəfindən aktrisa Julie Çox ilə aldadılan jurnalist Valerie Trierveiler , bir "FEMEN" aktivisti olaraq təsvir edilir. "Valerie belə etsə yaxşı olar" başlığı altındakı karikaturada Trierveilerin havaya qaldırdığı plakatda " fallokrasi " ( Kişilər tərəfindən idarə olunan dövlət ) , bədənində isə "Fuck the macho" şüarları gözə dəyir.
Qəzetlərdəki bir başqa karikaturada isə Papa Françesko , Hollande "Tanrıya kim hesab verəcək, hörmətli cinsi azğın " deyir.
Bu vaxt Julie Gayet , qalmaqal cbaş verəndən bəri ilk dəfə Paris küçələrindən görülüb. Paris Match jurnalı 41 yaşındakı aktrisanın yoldaşları ilə birlikdə görüntülərini yayımlayıb.