Əlaqə Arxiv
news Image
2014.01.24
13:44
| A A A
Futbolun orqanizmə faydası

Elmi məlumatlara görə futbol oynamaq artıq çəkidən əziyyət çəkən kişilərə daha çox xeyirlidir.

Bu idman növü maddələr mübadiləsini yaxşılaşdırmaqla ürək əzələsini gücləndirir, piylənmənin qarşısını alır, insanı daha sağlam və gümrah edir. 

Movqe.az-ın məlumatına görə, bunu aparılan tədqiqatlar da sübut edib. Araşdırmalarda iştirak edən 374 nəfər (artıq çəkili) futbol tərəfdarları öz yerli futbol klubunda 12 həftəlik məşq proqramı keçiblər. Nəticədə, bu şəxslərin 5 kq çəki verdiyi müəyyən olunub.

Tədqiqatçılar həmin məşq proqramlarının işə yaradığını bildiriblər. Proqrama qatılan kişilərin təxminən 40%-i bədən ağırlığının ən azı 5%-i qədər çəki itirib. İştirakçılar sağlamlıq problemlərinin həllindən məmnun olduqlarını ifadə ediblər.


Sizin Reklam Yeriniz