Əlaqə Arxiv
news Image
2014.01.24
15:33
| A A A
"Soundcloud.com"a giriş əngəlləndi!
Son günlərdə siyasətçilərə və cəmiyyətin yaxından tanıdığı şəxslərə aid olduğu iddia edilən səs fayllarının yayımlandığı "Soundcloud.com"a giriş əngəllənib. "SoundCloud" üçün olan qadağayla əlaqədar şərhdə "daxil olmağa çalışdığınız tətbiq şirkət qaydaları səbəbindən bloklanmışdır" sözləri istifadə edilib. "soundcloud.com "a bəzi xidmət təminatçılardan və DNS dəyişdirərək daxil ola bilindiyi də bildirilir. Soundcloud.com hamınının səsini qeydə alaraq paylaşa bildiyi sosial set platforması olaraq bilinir. İstifadəçilər "soundcloud"a səs yaza, bu qeydləri yoldaşlarıyla, bloqlarda, saytlarda və sosial şəbəkələrdə paylaşa bilərlər. Son günlərdə Sümeyyə Ərdoğan, Fəthullah Gülən və Baş nazir Rəcəb Tayyib Ərdoğana aid olduğu iddia edilən səs qeydlərinin yüklənməsi məsələsi gündəmə gəlmişdi.
Sizin Reklam Yeriniz