Əlaqə Arxiv
news Image
2014.01.27
12:00
| A A A
Google və Samsung patent paylaşacaq

Android dünyasının ən çox seçilən cihaz istehsalçısı mövqeyində dayanan Samsung, Google ilə patentlerini 10 il boyunca paylaşılacağını rəsmi olaraq açıqlayıb.

Movqe.Az xəbər verir ki, Google Android cəbhəsindəki ən yaxşı ortağı olan Samsung ilə 10 illiyinə patent birliyi müqaviləsi imzalayıb. Onlar arasındakı razılığa görə növbəti 10 il müddətində Samsung Google-ın, Google isə Samsungun bütün patentlərini qanun pozuntusu ödənişi olmadan istifadə edə biləcək. 

Razılaşmanın şərtləri arasındakı bir maddə isə olduqca diqqət çəkir. Samsungun Android əməliyyat sistemindən uzaqlaşması halında müqavilə ləğv olacaq və Google Samsungu patent hüququnu pozmaqdan ötəri məhkəməyə verə biləcək. 

Sizin Reklam Yeriniz