Əlaqə Arxiv
news Image
2014.01.27
15:40
| A A A
Etna vulkanı fəallaşdı

Avropanın ən aktiv yanardağı olan İtaliyadakı Etna bu il ilk dəfə fəaliyyətə keçib, qarla örtülü dağın ətəklərindən axan lavaların yaratdığı mənzərə görənləri məftun edib. 

Movqe.Az xəbər verir ki, Həftə sonu lava və vulkanik kül püskürdərək fəaliyyətə keçən Etnanın qarlı ətəklərindən axan lavaların meydana gətirdiyi qırmızı axın mənzərəsi onu izləyənləri ovsunlayıb. Siciliya adasındakı Katania şəhəri yaxınlarındakı bir hava limanında Bazar gününə qədər səfərlər təxirə salınsa da, hava limanı ətrafında kiçik diametrli ziyan meydana gəldiyi bildirilib. Səlahiyyətlilər bəzi kəndlərdəki yamaclarda isə partlayışlar nəticəsində zərərlər meydana gəlməsinə baxmayaraq hər hansı bir fəlakətin yaşanmadığını bildirib.

Son bir neçə aydır fəaliyyətdə olmayan Etna Yanardağı, cənub-şərq hissədə yaranan bir krater nəticəsində aktiv hala gəlib.

Sizin Reklam Yeriniz