Əlaqə Arxiv
news Image
2014.01.29
16:22
| A A A
Uşaqlar avtomobildəykən siqaret çəkmək qadağan ediləcək!

İngiltərə Lordlar Palatası yeni qanun layihəsini qəbul etməyə hazırlaşır. Belə ki, yeni əmək planı avtomobildə uşaq varkən siqaret çəkməyi qadağan edir və "Uşaq və ailə" qanununa bir sıra dəyişiklikləri nəzərdə tutur. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir. Partiya bildirir ki, layihənin qəbul olunmasına səs verilməsə, bura növbəti seçkilər üçün manifesto da daxil olacaq. Səhiyyə Təşkilatı inanır ki, təhsil kompaniyaları böyüklərin uşaqlar ətrafda olarkən siqaret çəkmələri fikrindən daşındıran əsas yoldur.  Xatırladaq ki, 2007-ci ilin iyulunda İngilətərənin Şotlandiya, Uels və Şimali İrlandiya bölgələrindəki iş yerlərində və əsas qapalı ictimai yerlərdə siqaret çəkmək qadağan edilmişdi. 

Sizin Reklam Yeriniz