Əlaqə Arxiv
news Image
2014.01.31
12:28
| A A A
Ruslar niyə tez ölür?

Alimlər müəyyən edib ki, Rusiyada ölüm sayının son vaxtlarda artmasının səbəbi ifrat dərəcədə alkoqol, xüsusilə də vodka qəbul etmələridir. "The Lancet"in apardığı tədqiqata görə, 22 faiz rus kişi 55 yaşından əvvəl, ifrat dərəcədə alkoqol qəbul etməsi səbəbilə dünyasını dəyişir. İngiltərədə isə bu rəqəm 7 faizdir. Ölüm səbəbləri isə daha çox alkoqolizm və qaraciyər xəstəliyi olur. Çoxları isə qəzalarda və ya əlbəyaxa döyüşlərdə vəfat edir. Moskva Xərçəng Mərkəzi, İngiltərə Oksford Universiteti və Ümumdünya Səhiyyə Təşkilatı 10 il müddətində 3 Rusiya şəhərində içki qəbul edən 151 min yetkin insan üzərində bu tədqiqatı aparıb. Bu müddət ərzində 8 min insan dünyasını dəyişib.  Oksford Universitetinin professoru Riçard Peto , Rusiya xalqının ölüm göstəricisinin son 30 ildə artdığını, bunun səbəbinin vodka olduğunu deyib.

Sizin Reklam Yeriniz