Əlaqə Arxiv
news Image
2014.02.02
18:02
| A A A
Hələ belə etiraz görülməyib!

Dünya bir müddətdir fərqli səbəblərdən ötəri üsyanlara şahid olur. Bu dəfə qiyamın ünvanı Avstraliyadır . Və minlərlə insan çox fərqli bir səbəbdən ötəri çimərliklərə axın edib.


Movqe.Az xəbər verir ki, Ötən noyabr ayında bir sörfçü köpəkbalığı hücumundan ölüb. O, son üç il ərzində köpəkbalığı hücumunda ölən yeddinci nəfər olub. 

 

Və sonda federal səlahiyyətlilər , Qərbi Avstraliya sahillərində 1 kilometrdən çox yaxınlaşan 3 metrdən uzun köpək balıqlarını ovlamaq üçün təsdiq verib.


 Dünən ölkənin müxtəlif çimərliklərində minlərlə insan köpək balıqlarına sahib çıxmaq üçün hərəkətə keçib.



 Dövlət rəsmiləri , tətbiqin həyata keçiriləcəyini deyib. Lakin ətraf mühit müdafiə təşkilatları tətbiqin lazımsız və vəhşi olduğunu iddia edib.

 

Etirazçılardan Con Li , "Onları öldürməyə ehtiyac yoxdur. Bura onların evidir. Köpək balıqlarını öldürün , balinaları öldürün , okeanda sudan başqa nə qalacaq " deyib.

 

Avstraliyada edilən anketlər xalqın 80 faizindən çoxunun köpək balıqlarının öldürülməsinə qarşı çıxdığını göstərib. Okeanda üzən və ya sörf edənlərin riski də qəbul etməsinin lazım olduğuna inanırlar.

Sizin Reklam Yeriniz