Əlaqə Arxiv
news Image
2014.02.02
19:38
| A A A
Oğurluq etdiyi evdə yuxuladı!

Movqe.Az xəbər verir ki, bu dəfə polis gülməli deyiləcək qədər qəribə bir oğurluq hadisəsiylə qarşılaşıb. Bir evi soymaq üçün içəri girən oğru evin qonaq otağında yatmağa qərar verib. Evi paylaşan 2 ev yoldaşından biri evə gələndə qonaq otağında yatan adamı gördükdə əhəmiyyət verməyib. Çünki oğrunun ev yoldaşının daha bir dostu olduğunu təxmin edib. Bu qədər rahat bir oğru ola biləcəyi ağlına belə gəlməyib.

 Heç bir şey yoxmuş  kimi otağına duş almağa gedən şəxsin masa üstünə qoyduğu cib telefonu ortadan itdikdə daha bir qəribəlik olduğu aydın olub. Yatan oğru oyandıqda otağındakı masada dayanan cib telefonunu alıb və qaçıb.

 Hadisəni təəccüblə qarşılayan polis "inanılası kimi deyil. Hansı oğru girdiyi evdə yuxulayır "şərhini edib. Qeyri-adi oğru indi hər yerdə axtarılır. Hətta oğrunnu tutmaqdan çox, bəlkə də hekayəsini öyrənmək daha maraqlı olacaq.

Sizin Reklam Yeriniz