Əlaqə Arxiv
news Image
2014.02.03
18:20
| A A A
Sızanaqlardan xilas olmağın yolları

Sınaq əksər gənclərin qorxulu yuxusuna çevrilib. 


Görünüşü pozan bu sızanaqlar bezdirici bir hal ala bilir. Bəs sızanaqlardan necə yaxa qurtarmaq olar?


Movqe.Az xəbər verir ki, sızanaq müalicəsində son illərdə təbii maddə məzmunlu və son dərəcə təsirli olan serum seçilir.


Bu serumun tərkibindəki Qaratut əsası ( Morus nigra ) yağ istehsalını azaldır , tənzimləyir , yağları qurudur və sızanaq meydana gəlməsinin qarşısını alır. Zeytun yarpağı tərkibli serum ( Oleonol ağrıdın ) dəridəki yağ ifrazını azaldır, dərinin nəmini qoruyaraq dəriyə yumşaq, parlaq və canlı bir görüntü verir.


Bu serumlar hər yaşda istifadə edilə bilir. Sızanaq müalicəsində ən təbii üsul olaraq bilinir.



1 - Dərinizi 2 dəfə ( səhər - axşam ) təmizləmə köpüyü və ya təmizləmə geli ilə  yuyun.


2 - Antiseptik tonik ilə üz və boyun hissənizi silin.


3 - Dərini yağ və nəm tarazlayıcı nəmləndirici ilə nəmləndirin.


4 - Xarici faktorlara qarşı qoruyucu istifadə edin. ( Həddindən artıq isti və ya soyuq)


5 - Bol maye qəbul edin. Su , mineral su , bitki çayları , ( İtburnu , Ada çayı ) , mövsümündə təzə sıxılmış meyvə şirələri qəbul edin.


6 - Hazır qidalar qəbul etməyin. Şəkər , çox duz , marqarin , inək südü kimi qidalardan uzaq durun.


7 - İdman edin . Bədəninizdən və dərinizdən toksin atmış olarsınız.


8 - Həddindən artıq makiyaj ! Yəni toz pudra kimi məsamələri tıxayan dərinin nəfəs almasına maneə törədən vəsaitlər daha çox sızanaq meydana gəlməsinə şərait yaradır .

Sizin Reklam Yeriniz