Twitter 2013-cü ili zərərlə bağladı
Dünyanın ən böyük sosial şəbəkələrindən biri olan Twitter, Nyu Yorkda 2013-cü il nəticələrini açıqlayıb.
Movqe.Az xəbər verir ki, Mikroblog şəbəkəsi, 2013-cü ildə 645 milyon dollar zərər etdiyini, lakin bu rəqəmin
gözləniləndən daha yaxşı olduğunu bildirib. Halbuki bu rəqəm 2013-ci il 665 milyon dollar idi.
Twitterin rəqəmlərlə bağlı şərhindən sonra şirkətin səhmləri birjada dəyərini itirib.