Əlaqə Arxiv
news Image
2014.02.10
13:10
| A A A
ABŞ-ın ən yaxşı xeyriyyəçisi-Mark Zukerbergdir

Facebookun gənc qurucusu Mark Zukerberg və həyat yoldaşı Priskilla Çan , ABŞ-ın ən xeyriyyəçi cütlükləri olub. Zukerberg və onun həyat yoldaşı , 992 milyon dollarlıq yardımla "The Chronicle of Philanthropy qəzetinin" hazırladığı 2013-ci ilin ən xeyriyyəçi amerikalıları siyahısının zirvəsində yerini alıb.


Movqe.Az xəbər verir ki, ABŞ-da ötən il edilən yardımların ümumi məbləği 2012-ci ilə görə 4 faiz artaraq 7,7 milyard dollar olub. Bu rəqəmin onda birini Silikon Vadisi Cəmiyyət Vəqfinə ( SVCF ) , 992 milyon dollar dəyərində Facebook səhm bağışlayan Zukerberg edib. Zukerbergin yardımlarının əksəriyyəti yardıma möhtac olan uşaqlar üçün xərclənəcəyi deyilib.

 Microsoftun xeyriyyəçi qurucusu Bill Gates ötən il 181 milyon dollar yardım etməsinə baxmayaraq siyahıda yer almayıb. 

"The Chronicle of Philanthropy"nin xəbərinə görə Amerikalı xeyriyyəçilər 2013-ci ildə cəmdə 2,9 milyard dollar yardımı öhdələrinə götürmüşdülər.

Sizin Reklam Yeriniz