Əlaqə Arxiv
news Image
2012.06.07
17:10
| A A A
“Şeyxin” mirası üstündə qalmaqal oldu

Movqe.Az xəbər verir ki, 7 həyat yoldaşı olan şeyxin 40 uşağı miras davasına girişib. Türkiyənin Diyarbəkir əyalətində "şeyx" kimi tanınan və 7 dəfə ailə həyatı quran Nizamettin Burak aprel ayında öldükdən sonra 40 uşağı arasında miras və şeyxlik uğrunda mübarizə başlayıb. Yunanıstandan ölkəsinə dönən Rifai Burak bu davada öldürülüb.

DİYARBƏKİRin Sur Mahalında "Qadiri camaatı"ndan icazə aldığını iddia edərək özünü şeyx elan edən Nizamettin Burak aprel ayında 85 yaşında ölüb. Burakın ölkə daxilində və xaricdə yaşayan 23-ü qız, 17-si kişi olmaqla cəmi 40 uşağı illər sonra atalarının yas mərasimində görüşüb.

MİRAS YIĞINCAĞI

Dəfndən sonra Nizamettin Burakın 6 həyat yoldaşından Burak və Kaçan soyadını daşıyan 17 oğlu, Diyarbəkir və Mardindəki 30 evi, Kızıltəpədəki torpaqları, qızıl və pulları paylaşmaq üçün toplaşıb. Türkiyədə tanış olduğu yunan bir qadınla ikinci evlilik həyatı sürən Yunanıstanda yaşayan və başsağlığı üçün Türkiyəyə dönən Rifai Burak, mirasdan 23 bacısının da faydalanmasını istəyib. Ancaq böyük qardaşları ona qarşı çıxıb. Miras bölüşdürülməsində problem yarandığı vaxt, şeyxliyin kimə keçəcəyi müzakirə edilib.

"PLANLI CİNAYƏT"

Müzakirələrdə Kaçan soyadlı şəxslərin mirasa sahib ola bilməycəyi haqqında səsləndrilən ifadələr davaya səbəb olub. Rifai Burak, tüfənglə vurularaq öldürülüb. Prokurorluq cinayətlə əlaqədar istintaq apardığı zaman ifadə verən bacılar, Burakın böyük qardaşları İ. Burak və İ. Kaçan tərəfindən planlı şəkildə öldürüldüyünü iddi edib.

Sizin Reklam Yeriniz