Əlaqə Arxiv
news Image
2014.02.10
20:45
| A A A
Cib telefonu ilə saxta dərmanlar müəyyən ediləcək

Türkiyədə dərman sahəsində maraqlı bir metod tətbiq edilib. Artıq satışa təqdim edilən məhsulların saxtalığı "dərman izləmə sistemi"-nin mobil tətbiqləri sayəsində də müəyyən ediləcək. Yəni cib telefonu ilə dərmanların istifadəyə yararlı olub olmadığını bilmək olacaq.

İnkişaf etdirilən tətbiqdə vətəndaş dərman qutularının üzərindəki kvadrat kodu ağıllı cib telefonlarına oxudaraq ya da əllə sorqulayaraq satın aldığı dərmanın vəziyyəti haqqında məlumat əldə edəcək. Beləliklə saxta, bazardan toplanmış və ya son istifadə etmə tarixi keçmiş dərmanlardan xəbərdar olacaq, bunun sayəsində vaxtı keçmiş dərman istifadəsindən ötəri əmələ gələ biləcək çətinliklər önlənəcək. Dərman üzərindəki kvadrat kod oxunduqda son istifadə etmə tarixi göstəriləcək və ona uyğun xəbərdarlıq olunacaq. Əgər saxta və ya qaçaq dərmandırsa 'Dərman sistemdə qeydli deyil' şəklində xəbərdarlıq çıxır. Bu mərhələdə ekranda 'bildir' düyməsi gəlir. Vətəndaş bu dərmanı haradan aldığına dair bölməni doldurduqda isə Türkiyənin Səhiyyə Nazirliyi hərəkətə keçərək, lazımi ölçü götürəcək.

Sizin Reklam Yeriniz