Əlaqə Arxiv
news Image
2014.02.11
21:28
| A A A
Gözəllik qurban tələb edir

Aparılan bir araşdırma zamanı müəyyən olunmuşdur ki, gündəlik normal makiyaj edən bir xanım 515 kimyəvi maddənin təsirinə məruz qalır. Bu rəqəm yalnız xanımların gündəlik istifadə etdikləri pomada, lak, ətir, saç boyası və s. bu kimi kosmetika vasitələrinin tərkibində olan maddələrin sayıdır.

Araşdırmada hansi kosmetika vasitəsində nə qədər kimyəvi maddə olduğu müəyyən edilmişdir.

Pomada - Tərkibində 26 müxtəlif kimyəvi maddə var.

Ən təhlükəlisi - Polimetilmetakrilat.

Əks təsiri - Allergiya, xərçəng

Lak - Tərkibində 31 kimyəvi maddə var.

Ən təhlükəlisi - Ftalat

Əks təsiri - Hamiləlik zamanı körpənin inkişafına mənfi təsir edir.

Ətir - Tərkibində 250 kimyəvi maddə var.

Ən təhlükəlisi - Benzaldehit

Əks təsiri - Ağız və boğazı qıcıqlandırma, böyrəyə mənfi təsiri ilə seçilir.

Sadaladığımız bu maddələr xanımların gündəlik istifadə etdikləri kosmetika vasitələrinin sadəcə bir neçəsidir.

Sizin Reklam Yeriniz