Əlaqə Arxiv
news Image
2014.02.12
12:03
| A A A
Evlərindən qaça bilməyənlər aclıqla üzləşib
Movqe.Az xəbər verir ki, Şiddət hadisələrinin dayanmaq bilmədiyi, paytaxtında belə təhlükəsizliyin təmin edilə bilmədiyi və siyasi nüfuz boşluğunun baş verdiyi Orta Afrika Respublikası, indi də ciddi aclıq böhranı ilə mübarizə aparır. Beynəlxalq müdaxilələrin də dini qaynaqlı qarşıdurmaları əngəlləmədiyini bildirən İnsan Haqqları İzləmə Təşkilatı (HRW), Müsəlman əhalinin ölkəni tərk etdiyini açıqlayıb. HRW böhran direktoru Pitr Boukaert, paytaxt Banguidəki ticarətin böyük bir hissəsinin müsəlman tacirlər vasitəsilə reallaşdığını, onların da getməsiylə qida daşınmasının tənəzzül nöqtəsinə gəldiyini bildirib. Banguidə qalan topdan qida satışı edənlərin sayının 10-u keçmədiyi deyilir. Statistika əhalisinin 90%-in günü tək payla keçirdiyi göstərir, mütəxəssislər isə vəziyyətin pisləşməsindən narahatdır.
Sizin Reklam Yeriniz