Əlaqə Arxiv
news Image
2014.02.12
14:30
| A A A
Toyota avtomobillərini geri çağırdı

Toyota təxminən 1,9 milyon vasitəsini geri çağırıb. 


Toyota təxminən 1,9 milyon "Hybrid Prius" modelini avtomobilin pozulmasına səbəb ola biləcək bir proqram səhvindən ötəri geri çağırıb. 

 

Movqe.Az xəbər veri ki, Toyota şərhində Yaponiyadan 997 min, Şimali Amerikadan 713 min, Avropadan 130 min vasitənin hibrid sisteminin nəzarət edilməsi üçün geri çağırıldığı bildirib.


Şərhdə vasitələrdə indiyə qədər hər hansı bir problem yaşanmadığı bildirilib. 


Proqram təminatı səhvinin vasitədəki tranzistorlara zərər verə biləcəyi yazılan şərhdə, bunun nəticəsində xəbərdarlıq lampalarının pozula biləcəyi, təhrik gücünün azala biləcəyi və vasitənin fəaliyyətini dayandıra biləcəyi deyilib. 


Şərhə görə, geri çağırılan vasitələr 2009-cu ilin martı və  2014-cü ilin fevral ayı dövründə istehsal olunub.

Sizin Reklam Yeriniz