Movqe.Az xəbər veri ki, qadınların boyu , xərçəng riskiylə bağlı ola bilər . Uzun boylu qadınların , xərçəngə tutulma riskinin daha çox ola biləcəyi təyin olunub .
ABŞ-dakı Albert -Eynşteyn Universitetindən Geoffrey Kabat və qrupunun etdiyi araşdırmada hər 10 santimetr üçün qadınların döş , kolon , yumurtalıq , böyrək , dəri , tiroid və rektum xərçənginə tutulma riskinin 13 faiz artdığı görülüb.
" Cancer Epidemiology " jurnalında nümayiş olunan araşdırmaya , 50-79 yaşındakı menopoza girən təxminən 145 min qadın qatılıb. Kabat , xərçəngin böyüməyə bağlı bir prosesin nəticəsi olduğunu , bu səbəbdən büyüməylə əlaqəli hormonların və başqa faktorların xərçəng riskini artıra biləcəyini bildirib. Dr. Kabat , yaş , siqaret istifadəsi , həddindən artıq kilo və başqa faktorların xərçəng riskində boya nisbətən daha çox rol oynadığını da xatırladıb.
Araşdırmada , boy və xərçəng riski arasındakı əlaqənin yaş , kilo , təhsil , siqaret və spirt istifadəsi , hormon müalicəsi görmə kimi faktorlar nəzərə alınaraq qurulduğu deyilib.
Daha əvvəl İngiltərədəki Oxford Universitetinin elm adamlarının etdiyi araşdırma , 1,52 metrdən uzun hər 10 santimetrdə xərçəng riskinin 16 % artdığını göstərmişdi .