Əlaqə Arxiv
news Image
2014.02.15
20:02
| A A A
Pis anları unutduran həb kəşf edilib

Movqe.az-ın xarici mətbuata istinadən məlumatına görə, insanın həyatında dəhşətli anları unutdura biləcək həb hazırlanıb. Elm dünyası ailə içi şiddət də daxil olmaqla şok edici hadisələrdən sonra yaşanan zədəni unutduran bu dərmanla insan sağlamlığının keşiyində dayanmaqdadır. Fransanın Tuluza şəhərindəki travmatik stress laboratoriyası tərəfindən inkişaf etdirilən dərman bu cür hadisələrin ardından yaşanan ruhi zədənin yaratdığı stressi yox etdiyi bildirilir. "Propranolol" adı verilən və bu günə qədər migren müalicəsində istifadə edilən bir molekul sayəsində inkişaf etdirilən bu dərman ağ siçanlar və insanlar üzərində təcrübədən keçirilib. Həmin təcrübələrin müsbət nəticələr verməyə başladığı bildirilir. 

Fransanın Tuluza, Kanadanın Montreal və ABŞ-ın Boston şəhərlərində ruhi zədə keçirmiş şəxslər üzərində aparılan müalicə seanslarının müvəffəqiyyətlə nəticələndiyi, seanslar sonra ruhi zədəyə bağlı stressin itdiyi qeyd olunur. 

Müalicənin hər biri 2 saatlıq 6 seans formasında tətbiq olunduğu bildirilir. Həftədə bir təşkil edilən seans əvvəlində adama əvvəl "propranolol" həbi verilir. 

Həbin bədənə təsiri üçün 90 dəqiqə gözlənildikdən sonra, adamın yaşadığı stressə səbəb olan hadisəni bir kağıza yazması tələb olunur. 

Edilən araşdırmalar, dərman alındıqdan sonra edilən bu əməliyyatın 6 seans sonra adamın yaşadığı stressi böyük ölçüdə azaltdığını, xəstələrin yüzdə 70-nin tamamilə stressdən xilas olduğu göstərilir. 

Mütəxəssislər dərmanın yaşanan hadisənin deyil, bu hadisənin səbəb olduğu stressi aradan qaldırdığı bildirilir. 

Dərman müalicəsindən sonra, zədə yaşamış insanlarda görülən həddindən artıq tərləmə, ürək vurmalarının sürətli atması kimi simptomların ortadan qalxdığı müşahidə edildiyi deyilir. Fransız mütəxəssislər, inkişaf etdirilən dərmanın davranış pozuqluqlarının müalicəsində təsiri olduğu qədər antidepresantlara qarşı alternativ olduğunu da söyləyirlər.

Sizin Reklam Yeriniz