Əlaqə Arxiv
news Image
2014.02.17
11:50
| A A A
Stefen Havkinq Suriyadan yazdı

Movqe.Az xəbər verir ki, məşhur ingilis elm adamı Stefen Havkinq ABŞ-da nümayiş olunan Vaşinqton Post qəzeti üçün" Suriyadakı döyüş sonlanmalıdır" başlıqlı bir məqalə qələmə alıb. 

O, məqaləsində bu ifadələrə yer verib: 

"Suriyada bütün dünyanın uzaqdan izlədiyi xoşagəlməz hadisələr olur. Suriyadakı uşaqları qorumaq və bu döyüşü bitirmək üçün birlikdə çalışmalıyıq. 

Üç ildir ölkədəki bütün ümidləri yox edən hadisələri kənardan izləyirik. Bir ata və baba olaraq Suriyadakı uşaqların əzabını izləyirəm və məyus oluram... "

Havkinq, 1960-cı illərin əvvəlində 21 yaşındaykən tutulduğu ALS xəstəliyi səbəbiylə əlil arabasına məhkum olub və danışa bilmir. Havkinq, yazıları səsə çevirə bilən kompüter sayəsində insanlarla ünsiyyət qura bilir.

Sizin Reklam Yeriniz