Əlaqə Arxiv
news Image
2014.02.17
16:23
| A A A
Google sizi səsinizdən tanıyacaq!

Google , internet saytlarının istifadəçilərini səslərindən tanıyan  və bu səslərin şifrə olaraq qəbul edilməsini təmin edən texnologiyanın yaradıcısı İsrail şirkəti "SlickLogin"i satın alıb.


Movqe.Az xəbər verir ki, səs əsaslı şifrə texnologiyası , kompüter qulaqcıqlarından səssiz yaxın dərəcə batıq çıxan bir səs dalğasının , istifadəçinin ağıllı telefonundakı tətbiqlə təsbit edilməsi yolu ilə reallaşır.


Tətbiq , səsi araşdırır və kompüterə şəxsiyyəti təsdiqləyən bir siqnal göndərir.



Sistem həmçinin əlavə bir təhlükəsizlik tədbiri olaraq da istifadə edilə bilir.


SlickLogin , Google-in firmanı satın aldığını təsdiqləyib.



"Google , şəxsiyyət təsdiqləmə sisteminin hər kəs üçün pulsuz və iki pilləli olmasını təmin edən ilk firma olmuşdu. İndi də interneti hər kəs üçün daha etibarlı edəcək bəzi gözəl fikirlər üzərinə çalışırlar. "

Sizin Reklam Yeriniz