Əlaqə Arxiv
news Image
2014.02.17
18:59
| A A A
Ana 3 yaşlıqızını evdə qoyub əylənməyə getdi

Polis, 3 yaşındakı qızını evdə qoyaraq gecə klubuna gedən və sabahısı gün dönən 22 yaşındakı ananı həbs edib.


Fransanın şərqindəki Mulhouse qəsəbəsində üç yaşındakı kiçik qız uşağını evdə tək başına qoyaraq gecə klubuna əylənməyə gedən və ertəsi gün günorta saatlarında evə qayıdan 22 yaşındakı ana polis nəzarətinə alınıb. 


Movqe.Az xəbər verir ki, Prokurorluq gənc ana üçün məhkəmə istintaqı açacaq. 


Qonşular, kiçik qızın səhərə qədər davamlı ağlamasından narahat olaraq polisə vəziyyəti bildirdikdən sonra gənc ananın səhlənkarlığı ortaya çıxıb.

Sizin Reklam Yeriniz