Əlaqə Arxiv
news Image
2014.02.18
11:04
| A A A
Artıq telefonlar benzin bidonuyla enerji yığacaq

Telefonunuzun enerjisi bitəndə ehtiyat batareya daşımayın ;  "bir bidon benzin" kifayət edəcək.


Səyahətdə olarkən telefonun enerjisinin bitdiyi vəziyyətlər tez-tez baş verə bilər və bu bezdirici ola bilər. Xüsusilə də əhəmiyyətli bir iş görüşünün ortasında kəsilən telefon çox böyük zərərə də yol aça bilər.


Belə vəziyyətlərdə telefonun sürətlə doldurulması üçün enerji yükləyici (adapter) tapmaya bilərsiniz.

İndi Fuel adlı yeni bir enerji yükləmə cihazı bu çətinliyə son verəcək.


Movqe.Az xəbər verir ki, az qala xarab pul böyüklüyündəki və benzin bidonu formasındakı bu ehtiyat batareya telefonun mini USB interfeysinə taxılaraq yarım saata qədər danışma müddəti qazandırır. Gözləmə müddəti isə 5 saata qədər çəkir. 210 mAh tutumundakı batareya , kiçik bir açar aksessuarı olaraq da istifadə edilə bilir. 

Sizin Reklam Yeriniz